Əbülfəs Qarayev Peruya dəvət edildi

02:41 30-08-2018 | icon 3074
Əbülfəs Qarayev Peruya dəvət edildi

Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Perunun ölkəmizdəki səfiri xanım Mariya Milaqros Kastanyon Seoane arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib

 

Görüş zamanı həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi ilə Peru Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzaya hazır olduğu bildirilib və səfir sazişin imzalanması məqsədilə Ə. Qarayevi Peruya səfərə dəvət edib.

Nazir öz növbəsində Peru tərəfini cari ilin 25-26 oktyabr tarixlərində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu və 2019-cu ildə ölkəmizdə təşkil olunacaq V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.


Digər xəbərlər

0.3031280040741