Prezident komitə sədrinə yeni səlahiyyət verdi
Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
Bu Fərmanla “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində edilən dəyişiklik nəticəsində “Azərbaycan Respublikasının Baş nazirinin müavini” sözləri sənəddən çıxarılıb.
Beləliklə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 9 nəfərdən ibarət Müşahidə Şurasına bundan sonra Baş nazirin müavini deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri rəhbərlik edəcək.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırki sədri Rövşən Rzayevdir.
Sözügedən Fərmanda daha sonra bildirilir:
“- Səkkizinci abzasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri ilə əvəz edilsin.
- Doqquzuncu abzasda “özəl iş adamı” sözləri “sahibkar” sözü ilə əvəz edilsin.
- Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”.
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...