“Qarabağ” üçün son şans

11:08 30-08-2018 | icon 2912
“Qarabağ” üçün son şans

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.  UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir. Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparır. 

Komandamız səfərdə keçirdiyi ilk oyunda bu rəqibinə minimal hesabla uduzub. Bu üzdən də mərhələ adlamaq üçün Ağdam təmsilçisi bu görüşdə azı 2 top fərqi ilə qalib gəlməlidi.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
30 avqust

21:00. Qarabağ - Şerif
İlk oyun 0:1.
Hakimlər: Aleksandr Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (hamısı Makedoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Digər xəbərlər

0.33087992668152