“Qarabağ” "Arsenal"la bir qrupda

16:00 31-08-2018 | icon 504
“Qarabağ”
loading...
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 
 
Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə "Qarabağ"ın da rəqibləri bəlli olub. 
 
Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub. 
 
Püşkatmanın nəticələri: 
 
A qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr) 
 
B qrupu: "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya),  "Leyptsiq" (Almaniya), "Rusenborq" (Norveç)
 
C qrupu: "Zenit" (Rusiya), "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa) , "Slaviya" (Praqa, Çexiya) 
 
D qrupu:  "Anderlext" (Belçika), "Fənərbağça" (Türkiyə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Spartak" (Trnava, Slovakiya)
 
E qrupu: "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya), "QARABAĞ" (AZƏRBAYCAN),  "Vorskla" (Poltava, Ukrayna) 
 
F qrupu: "Olimpiakos" (Yunanıstan), "Milan" (İtaliya),  "Betis" (İspaniya), "Düdelanj" (Lüksemburq) 
 
G qrupu: "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Spartak" (Moskva, Rusiya), "Reyncers" (Şotlandiya) 
 
H qrupu: "Latsio" (İtaliya), "Marsel" (Fransa), "Ayntraxt" (Frankfurt, Almaniya),  "Apollon" (Kipr)
 
I qrupu: "Beşiktaş" (Türkiyə), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sarpsborq" (Norveç) 
 
J qrupu: "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya) , "Standard" (Lyej, Belçika),  "Akhisar Belediyespor" (Türkiyə) 
 
K qrupu:  "Dinamo" (Kiyev, Ukrayna),  "Astana" (Qazaxıstan), "Renn" (Fransa), "Yablonets" (Çexiya), 
 
L qrupu:  "Çelsi" (İngiltərə),  PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), "Videoton" (Macarıstan)  
 
 
Qeyd edək ki, ilk turun oyunları sentyabrın 20-də keçiriləcək. Final matçı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 
"Qarabağ"ın rəqibləri müəyyənləşdi  - YENİLƏNDİ

Digər xəbərlər

0.17850089073181