"Mobil telefon aldığım gündən, qara günlərim başladı" - "İrşad Electornics”dən şikayət

16:04 31-08-2018 | icon 3608

"İrşad Electornics”dən Azad İstehlakçılar Birliyinə daha bir şikayət ünvanlanıb.

Bu barədə qurumun sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, dəfələrlə İqtisadiyyat naziri Şahin Mustafayevə rəsmi məktublar göndərilsə də, heç bir nəticə yoxdur.

Lənkəran rayonu Şağlaser kənd sakini Seyfulla Heydərov tərəfindən birliyə ünvanlanan məktubu təqdim edirik:

“Hörmətli Eyyub müəllim, 2018 ci ilin mart ayın 7-də Lənkəran şəhəri H.Aslanov xiyabanı bina 1-də yerləşən “İrşad elektronics” mağazasında özüm üçün 287.00 AZN-ə “SAMSUNG J2” markalı mobil telefon aldım. Həmin gündən mənim qara günlərim başladı. Bu telefonla digər abonentlərlə normal əlaqə saxlamaq olmur. Dəfələrlə telefonun normal işləməməsi haqqında müraciət etmişəm. Aprel ayın 10-dan üç dəfə telefon Bakıya servisə təmirə göndərilib. Ancaq heç bir əhəmiyyəti olmayıb. Mənim alıcılıq hüququmu müdafiə etmək və telefonu dəyişdirilməsində mənə köməklik göstərilməsini sizdən xahiş edirəm”.


Digər xəbərlər

0.29938793182373