“Qarabağ”ın oyunlarının saatı - Stadionlar da bəllidir

14:52 02-09-2018 | icon 3059
“Qarabağ”ın oyunlarının saatı - Stadionlar da bəllidir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.

 E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bu arenada "Qarabağ" oktyabrın 4-də İngiltərənin "Arsenal", oktyabrın 25-də Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 20:55-də başlanacaq. Noyabrın 29-da isə Ağdam klubu Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 21:55-də çalınacaq.

 

Ağdam təmsilçisi sentyabrın 20-da Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade" stadionunda "Sportinq"in qonağı olacaq. Qarşılaşma saat 23:00-da başlanacaq. "Köhlən atlar" noyabrın 8-də Ukryananın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda "Vorskla",dekabrın 13-də İngiltərənin London şəhərindəki "Emirates" stadionunda "Arsenal"la üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı olə 00:00-da başlayacaq.  

Qeyd edək ki, "Qarabağ"ın ev oyunları arenasının dəyişdirilərək BOS-a salınacağı istisna deyil. 


Digər xəbərlər

0.24113202095032