Əliyevlə Putin görüşdü - “Danışmağa həmişə mövzumuz var”
Sentyabrın 1-də prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.
Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında İlham Əliyevin və Vladimir Putinin görüşü olub.
"RİA Novosti"nin yaydığı məlumata görə, Prezident İlham Əliyev bildirib ki, rusiyalı həmkarı ilə görüşdə Azərbaycan-Ermənistan münaqişəsinin nizama salınması məsələsi müzakirə ediləcək:
“Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, regional problematika ilə bağlı məsələləri də müzakirə edəcəyik. Gündəm kifayət qədər genişdir”.
Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Azərbaycan dövlət başçısı ilə görüşləri müntəzəm xarakter daşıyır:
"Bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var".
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...