“Biz buna görə narahatıq” - PA rəsmisi
“Azərbaycanda radikalizmlə bağlı görüşlər keçirilirsə, dövlət orqanları tərəfindən müəyyən narahatlıq bildirilirsə, bu o demək deyil ki, dövlətin bu sahədə hər hansı zəifliyi var”.
Bunu zərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini radikalizm" mövzusunda keçirilən konfrans zamanı deyib.
P.Cahangirov bildirib ki, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca radikalizm olub: "Radikalizm qədim Roma və Yunanıstanda, çar Rusiyasında da olub. İnsan cəmiyyəti nə qədər olacaqsa, radikalizm də olacaq. Bu, dini radikalizm və digər formalarda ola bilər. Yaşadığımız 21-ci əsrdə dini radikalizm təhlükə törədir. Bu gün biz buna görə narahatıq. Əmin olun ki, 22-ci əsrdə də radikalizmin digər formaları olacaq, dövlət orqanları və cəmiyyət onunla mübarizəyə qoşulacaq".
Administrasiya rəsmisi qeyd edib ki, dövlətin gücü hər hansı xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir: "Hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir. Bunu Nardaran və Gəncə hadisələri də sübut etdi".
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...