İzzətdən filmini tənqid edənlərə cavab - “Uşaq deyiləm”
Müğənni İzzət Bağırov bu ilin oktyabr ayında yeni filmini təqdim edəcək. İfaçı “Ümidlər puç olanda” adlı layihədə həm rol alıb, həm də prodüser və ssenari müəllifi olub.
Kinoda əməkdar artistlər Xalidə Quliyeva- Mehriban Xanlarova, aktyor Kazım Abdullayev, aktrisa Asya Atakişiyeva və başqa tanınmışlar da yer alıb.
Layihə afişanın təqdimatından sonra sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb. Bir neçə yazar “facebook”da müğənninin ssenarist olmasını tənqid edib.
“Qafqazinfo” mövzu ilə bağlı İ. Bağırovla əlaqə saxlayıb. Sənətçi tənqidlərə belə cavab verib:“Ssenarisi özümə məxsusdur, xeyli müddət əvvəl yazmışdım. Rejissor Samir Qulamovla proqramların birində görüşdük. Ona dedim ki, yaxşı bir ssenari yazmışam, bunu ekranlaşdıraq.
Razılaşdıq, çəkməyə başladıq. İşi tənqid və tərif edənlər olur. Eybi yoxdur! Filmə baxıb tənqid etsəydilər, daha yaxşı olardı. Mən uşaq deyiləm. Həm musiqi, həm də aktyorluq sənəti üzrə təhsil almışam. Dünən ortaya çıxmamışam, 28 ildir ki, bu sənətdə külüng döyürəm. Yenə də hamı çox sağ olsun”.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...