Azərbaycanda Rusiya kino həftəsi başlayır
Sentyabrın 7-də 10-dək Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.
Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi “Çernovik” bədii filmi nümayiş olunacaq.
Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:30-da kinomərkəzin böyük zalında başlayacaq.
Nümayişlərə giriş sərbəstdir.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...