Azərbaycan – Kosovo oyunu norveçli hakimlərə tapşırıldı

10:03 05-09-2018 | icon 3798
Azərbaycan – Kosovo oyunu norveçli hakimlərə tapşırıldı

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb. Sentyabrın 7-də Bakıda baş tutacaq bu görüş Norveçdən olan hakimlərə tapşırılıb.

Qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona yan xətt hakimləri Tom Harald Qroneviklə Qeyr Oskar İsaksen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Oysteyn Simon Yatterland yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Espen Andreas Eskas və Tom Harald Haqen olacaq.

Hakimlərin işinə Portuqaliyadan olan Lusilio Kardozo Kortes Batista qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Martin Sturkenbom olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo matçı saat 20:00-da start götürəcək.

 


Digər xəbərlər

0.28527593612671