Şuşalı nənə özünə hayan axtarır - “Bir qız gəlsin pulsuz qalsın evimdə” - Kirayə ELANI

12:05 05-09-2018 | icon 4311
Şuşalı nənə özünə hayan axtarır - “Bir qız gəlsin pulsuz qalsın evimdə” - Kirayə ELANI

“Qoca nənə tələbə qız üçün pulsuz kirayə ev verir. Maraqlananlar 012 491 05 05 nömrəli telefonla əlaqə saxlaya bilərlər”.

Sosial şəbəkələrdə paylaşına elan ətrafında “belə şey ola bilməz”, “indiki dövrdə kim belə elan verər”, “yəqin anasına baxmayan övladın verdiyi elandır” səpkisində aparılan müzakirələr diqqətimizi çəkdi. Bu səbəbdən də Modern.az məsələni dəqiqləşdirmək üçün elanda göstərilən telefon nömrəsilə əlaqə saxlayıb.

Telefona “alo, başına dönüm, kimdir” deyə xitab edən bir xanım cavab verdi.  Qısa söhbət zamanı onun Solmaz Xəlilova olduğunu öyrəndik. Elanın onun istəyilə yazıldığını soruşduqda düşünmədən təsdiqlədi:

“Hə qızım, başına dönüm, mənə bir tələbə qız göndərin. Tələbə olmasa da olar. Lap rayon qızı olsun, oxumasın, heç bir fərqi yoxdur. Amma mən evi kirayə vermirəm. Sadəcə gəlsin, mənimlə qalsın, mənə hayan olsun, qulaq yoldaşım olsun”.

Əslən Şuşadan olan 75 yaşlı 3 övlad anası olan Solmaz Xəlilova tək yaşadığını bildirdi:

“Təkəm, ona görə elan vermişəm ki, bir qız gəlib mənimlə qalsın. 3 övladım var, ailə qurublar deyə yanımda deyillər. Çalış mənə kömək ol, balamsan, bir qız tap göndər. Özüm özümü idarə edirəm. O barədə çətinlik yoxdur. Sadəcə hayan istəyirəm, onçun elan vermişəm”.


Digər xəbərlər

0.30043601989746