“Putin Əliyevlə kənara çəkildi, daha bir saat təkbətək söhbət etdi” - “Kommersant” yazır

11:16 08-09-2018 | icon 3130
“Putin Əliyevlə kənara çəkildi, daha bir saat təkbətək söhbət etdi” - “Kommersant” yazır

“Sentyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra Soçidə yerləşən “Sirius” təhsil mərkəzinə gəldi. Çoxlu müqavilə imzalanmışdı, İlham Əliyev isə danışıqlardan sonra məhdud dairədə mətbuat üçün bəyanat verdi, görüş zamanı Rusiya silahlarının çatdırılmasının xeyirindən, həmçinin bu regionda ümumi iqlimə (hətta, nə bilmək olar, bəlkə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına da) müsbət təsirindən danışırdı”.

Bu barədə Rusiyanın “Kommersant” nəşrinin xüsusi müxbiri Anrdey Kolesnikov prezidentlərin görüşünü şərh edərkən bildirib.

Nəşrin məlumatına görə, Vladimir Putin mətbuata açıqlamalarından sonra protokola uyğun olaraq İlham Əliyevi “Boçarov Ruçey” iqamətgahının pilləkəninə qədər müşayiət etməli, özü isə “Sirius”a getməli idi. Lakin o, bunun əvəzinə İlham Əliyevlə kənara çəkildi, hansı ki, onların heç birinin ətrafındakılar bunu gözləmirdi və iqamətgahın ən sakit guşələrindən birində onunla daha bir saat, artıq təkbətək söhbət etdi. Bu, Putinin “Boçarov Ruçey”də digər həmkarları ilə apardığı danışıqlardan fərqlənirdi”.


Digər xəbərlər

0.34450483322144