Masallı mərkəzi poçtun müdiri Kənan Sadıqovun maşın kolleksiyası – FOTO
Sənan və Kənan qardaşları Hacı Mazana, qardaşı Əşrəfə qarşı da böyük dələduzluq edərək milyonlar mənimsəyiblər
Masallı rayon mərkəzi poçtun müdiri Kənan Sadıqovla bağlı ilginc məlumatlar daxil olub. Belə ki, K.Sadıqovun maşın kolleksiyasını özündə əks etdirən bir sıra maşınların fotoları redaksiyamızın email ünvanına göndərilib.
Poçt müdirinin bahalı maşınları hansı pulla alması olqudca təəccüblü məsələdir. Ancaq K.Sadıqovun bu vaxta kimi hansı işlər gördüyünü, keçdiyi “məşəqqətli” karyera yolunu araşdırdıqda xeyli qaranlıq suallara cavab tapmaq olur.
K.Sadıqovun maşınlarından bir neçəsinin fotosunu təqdim edirik:
K.Sadıqovla bağlı verilən məlumatlarda daha dəhşətli nüanslar ortaya çıxır. Bildirilir ki, o bundan əvvəl “Əmrahbankın” Masallı filialında kredit şöbəsinin müdiri vəzifəsində çalışıb və 1 milyon manatlıq maxinasiyaya yol verdiyinə görə işdən qovulub. Sonradan hansısa “sehrli” əl onun yolunu istintaqdan da ayırıb. Həmçinin K.Sadıqovun qardaşı Sənan Sadıqov elə arasında Hacı Mazan kimi tanınan iş adamının qardaşının (Əşrəf) kürəkənidir. Məlumatda o da bildirilir ki, Sənan və Kənan qardaşları Hacı Mazana, qardaşı Əşrəfə qarşı da böyük dələduzluq edərək milyonlar mənimsəyiblər. Və aralarında böyük narazılıqlar yaşanıb.
Bolgexeber.com
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...