“Tonqal”da 13 nəfərin zəhərlənməsinə görə həbslər başladı

20:44 08-09-2018 | icon 3370
“Tonqal”da 13 nəfərin zəhərlənməsinə görə həbslər başladı

“Tonqal” restoranındakı zəhərlənməyə görə bir nəfər həbs edilib.

Bakı şəhər prokurorluğundan  verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

0.28728604316711