“Xalqınıza ən səmimi təbriklərimi yetirirəm” - İlham Əliyev
Prezident İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.
Məktubda aşağıdakılar qeyd olunub:
“Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün Tacikistan ictimai-siyasi sabitlik, dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir. Ölkənizin beynəlxalq nüfuzu, regional məsələlərdə rolu gündən-günə artır.
Azərbaycan-Tacikistan əlaqələri zəngin ənənələrə malikdir. Keçən ay Azərbaycana rəsmi səfəriniz bu ənənələrin aşkar təzahürüdür. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...