Atəşkəs pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Qaraqaşlı, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
-
MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"
...
-
Azərbaycan 5 erməni hərbçini təhvil verdi
...
-
Son günlər mövqelərimiz intensiv atəşə tutulur
...
-
“Azərbaycan Ordusu Laçına yerləşdi” - İlham Əliyev
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz yenə atəşə tutuldu
...
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
...
-
Müdafiə Nazirliyindən Fərrux kəndi ilə bağlı - Açıqlama
...