Təcili - Ziya Məmmədovun oğluna şok zərbə
Azərbaycan Qolf Federasiyası iş adamı Anar Məmmədovdan alına bilər
Bu barədə Politika.Az-a verilən məlumatda qeyd olunur.
Ləğv olunmuş Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun gedişi ilə oğlunun da biznesinin çökdürülməsi, holdinqinin və qol meydançasının əlindən alınması gözlənilir.
Nazir vəzifəsindən gedən Z.Məmmədovla paralel bu ailənin zəifləmiş mövqeləri daha da sarsılıb. Voleybol klubları əldən çıxan və fəaliyyətini dayandırdıqdan sonra Qolf federasiyasının da əl dəyişəcəyi bildirilir.
Anar Məmmədov zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşidir. O, bu idman növü ilə məşğul olur və belə demək mümkündürsə, Azərbaycanda da qolfun idman növü kimi təbliğatında xüsusi fəallıq göstərənlərdən biridir.
2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və nazir oğlu bu federasiyanın prezidenti seçilib. Çox keçmədən Məmmədovlar klanının Qubadakı “Rixos Quba” otelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradılıb.
2014-cü ildə isə Qubada, həmin klubda Azərbaycanın Qolf Federasiyası və “European Challenge Tour”un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk “Azerbaijan Open Challenge” turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Anar Məmmədov deyib ki, o, qolfun Azərbaycanda “ən uğurlu idman növlərindən biri olacağına” inanır.
Politika.Az-a verilən məlumatda qeyd olunur ki, nazir oğlu o zaman qol meydançasının açılışında da iştirak etməmişdi.
Lakin belə görünür ki, Azərbaycan qolfunun gələcək inkişafında Anar Məmmədovun yeri görünmür. Çünki Ziya Məmmədovun və klanının sıradan çıxarılması prosesi gedir.
Məmmədovların ailə biznes imperiyasına daxil olan aktivlərin mülkiyyətçilərinin dəyişməsi prosesi gedir.
Anar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var.
Yaxın günlərdə bu federasiyanın rəhbərliyi dəyişəcək. Məlumat üçün deyək ki, Ziya Məmmədov hədəfə gələndən sonra Anar Məmmədov ölkəni tərk edib. Bəzi iddialara görə, o, Londona köçüb. Anar Məmmədovun “Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir.
Yeri gəlmişkən, bəzi məlumatlara görə, “Azərbaycan Qolf Federasiyası”nın rəhbərliyinə “Azərsun Holdinq”in prezidenti Abdulbari Goozal gətiriləcək.
O, özü də bu məsələyə münasibət bildirib. “Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir”, – deyə Abdulbari Goozal açıqlamasında bildirib.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...