Heydər Əliyev Fondundan daha bir xeyirxah addım - Fotolar
Sentyabrın 10-da Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serb Respublikası səhiyyə nazirinin müşaviri Miloyko Qruyiçiç, Kotor Varoş şəhərinin meri Zdenko Sakan, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Anar Ələkbərov iştirakçılara Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Bildirib ki, Bosniya və Herseqovina Azərbaycan ilə dost ölkədir və ölkələrimiz arasında dərin qarşılıqlı münasibətlər mövcuddur. Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır.
Prezident Mladen İvaniç ölkəsində növbəti sosial və səhiyyəyönümlü layihənin uğurla başa çatdırıldığına görə Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, bu layihələrin Bosniya və Herseqovina xalqlarının sevincinə səbəb olduğunu bildirib.
Kotor Varoş Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç çıxış edərək Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq bu gün Kotor Varoş şəhərində istifadəyə verilən və müasir avadanlıqla təmin edilən Təcili Tibbi Yardım Mərkəzinin, habelə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilmiş təcili tibbi yardım nəqliyyat vasitəsinin yerli əhali üçün əhəmiyyətini vurğulayıb.
Şəhər meri Zdenko Sakan Heydər Əliyev Fondunun Kotor Varoş bələdiyyəsinin həyatında mühüm rol oynayan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşasına göstərdiyi dəstəyə görə Kotor Varoş Bələdiyyə Məclisinin qərarı əsasında cari ilin aprelində “Qızıl Diplom” ilə təltif edildiyini deyib və bələdiyyənin yüksək mükafatını Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edib.
Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılışı olub, binaya baxış keçirilib.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...