Qurban Qurbanov xal itkisində məsuliyyəti üzərinə götürdü
Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Maltada 1:1 bərabərliklə bitən görüşdən sonra yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
46 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
“Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Nədən narahat idimsə, bu da oldu. Bir çox oyunçuların durumundan narahat idim. Görüləsi işlərimiz çoxdu. Fərdi qaydada hər bir futbolçunun üzərində görüləsi işlər var. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm”.
- İki oyuna iki xal hər birimizi narahat edir. Söhbət qrup qalibi olmaqdan gedir. Özünüz necə, bu narahatçılığı bölüşürsünüzmü? Azarkeşlərə nə deyə bilərsiniz?
- Burda işləyirik ki, nəticə verək. Hər bir halda düşünürəm ki, digər komandaların da itkiləri olacaq. Qalan 4 oyunda qalib gələcəyimiz təqdirdə, uğura imza ata bilərik. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq.
- Hakimliklə bağlı fikir bildirməyə bilərsiniz. Rəqibin fair-play qaydalarına riayət etməməsinə münasibətiniz?
- Bunu bəhanə etməməliyik. Ancaq Bakıda da, burda da dediklərinizin şahidi olduq. Əlbəttə, bu cür vaxt öldürülməsi oyunun tempini aşağı salır. Deyə bilmərəm ki, hakim buna diqqət yetirsəydi, nəticə dəyişəcəkdi. Lakin hər kəs bunları gördü.
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...