Lənkəranda daha bir yaşayış məntəqəsinə qaz verildi

07:34 12-09-2018 | icon 3446
Lənkəranda daha bir yaşayış məntəqəsinə qaz verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Lənkəran rayonunun Haftoni qəsəbəsinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH), “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən İcra başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibəti ilə qəsəbə sakinlərini təbrik edərək, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən natiq bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra İcra başçısı T.Qaraşov yerli sakinlərdən birinin mənzilinə baş çəkərək ev sahibini təbrik edib.

 

 


Digər xəbərlər

0.45222187042236