Səfər Mehdiyev iş adamları ilə görüşdü
Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib. DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan məlumata görə, görüşdə DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin hər zaman iş adamları, biznes subyektləri ilə qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini, o cümlədən gömrük orqanları ilə Azərbaycanda Amerika Ticarət Palatası arasındakı səmimi və işgüzar dialoqun, vaxtaşırı keçirilən görüşlərin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Komitə sədri həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransının 2018-ci il mayın 2-4 tarixlərində Bakı şəhərində keçirilməsini ölkəmizin bu sahədə xüsusi mövqeyinin, eyni zamanda, beynəlxalq aləmin Azərbaycanla əlaqələrə önəm verməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
Gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinin sürətlə genişləndirildiyini vurğulayan Komitə sədri nəticədə məmur-vətəndaş təmasının minimuma endirildiyini, istənilən xarici iqtisadi fəaliyyət iştirakçısının gömrük orqanına gəlmədən internetə çıxış imkanı olan hər hansı məkandan - ofisdən, evdən gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğunu qeyd edib.
Komitə sədri 2018-ci ildə Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu bildirib. Məhz gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələlərinin yüksək səviyyədə həllini tapdığı, sıxlıqların və vaxt itkilərinin qeydə alınmadığı diqqətə çatdırılıb.
Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının prezidenti Nuran Kərimov görüşün təşkilinə görə minnətdarlığını bildirərək, Azərbaycan Gömrük Xidmətinin rəhbərlik etdiyi qurumun ən önəmli tərəfdaşlarından biri olduğunu və bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...