“Bu, son illərdəki rekord göstəricidir” - Səfər Mehdiyev

11:52 12-09-2018 | icon 3249
“Bu, son illərdəki rekord göstəricidir” - Səfər Mehdiyev

""Sınıq Körpü" sərhəd keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.  Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək.  Bu yeni bir modeldir. Hesab edirik ki, bundan sonra həmin mərkəzin vasitəsilə sözügedən məntəqədə sıxlığın aradan qaldırılması prosesi baş tutacaq".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 8 ay ərzində komitədə bir sıra struktur islahatları aparılıb: "Bu çərçivədə iki yeni baş idarə yaradıldı. Bu da kadr çatışmazlığının aradan qaldırılmasına xidmət etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi  1 milyon 500 min insana xidmət göstərib.  Bu da son illərdə rekord göstərici hesab oluna bilər.Təkcə " Qırmızı körpü" sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilib".

S.Mehdiyev qeyd edib ki,  8 ay ərzində 250 gənc kadr işə götürülüb: " Bu müddətdə həmçinin 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i  cinayət xarakterli olub. Bu da 6 milyon 135 min manat məbləğində vəsait təşkil edib.  Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150 fakt qeydə alınıb.  Bu da 1 ton 19 kq 906 qram narkotik vasitə deməkdir.  169 nəfər narkotik vasitə keçirən şəxs tutulub. Onlardan 132-si  Azərbaycan vətəndaşı, 37-si isə əcnəbi olub". 

Komitə sədri həmçinin əlavə edib ki, struktur islahatları komitədə ixtisara səbəb olmayıb: " Sadəcə təkrarlamalar aradan qaldırılıb".


Digər xəbərlər

0.28264880180359