Təhsil Nazirliyindən valideynlərə müraciət - “Rəhbərlik bununla bağlı məcburiyyət tətbiq etsə...”
“Direktorların istər məktəbli formasının əldə edilməsi, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı bir tələb qoyması yolverilməzdir”.
Bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlərin şikayətlərinə cavab olaraq deyib.
Nazir müavini bildirib ki, bu kimi şikayətlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır:
“Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər. Formanı məktəb özü müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır. Valideynlərə müraciət edərək bildiririk ki,istər məktəbli forması, istər digər məktəbli ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...