Binəqədidə də təhsil konfransı keçirilib
Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin yekunları münasibətilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətdən başlanan Müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkilləri Kamaləddin Qafarov, Şahin İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.
Konfrans Azərbaycan Xalq Cümhuriyyəti illərində yaşayıb yaratmış ədəbiyyatımızın klassiklərindən Əhməd Cavad, Hüseyn Cavid, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə və Cəfər Cabbarlı obrazlarının çıxışı ilə start götürmüş, rayonun istedadlı gənclərinin “Gülbahar” musiqisinin ifası ilə başlanıb.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2017-2018-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Aygün Əliyeva bildirdi ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılıb. Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı rekord nəticə 700 bal toplayaraq tələbə adını qazanmış 297 № li tam orta məktəbin məzunu Anar Abıyev, 115 № li tam orta məktəbin məzunu Lamiyə Mahmudlu, 313 № li tam orta məktəbin məzunu Ayxan Vəliyev, 135 № li tam orta məktəbin məzunu Şəfiqə Şahbazlı əldə etdikləri təhsil uğurlarından danışıblar.
Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışdı. Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğuladı. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...