İlham Əliyev TOTAL şirkətinin rəhbəri ilə görüşüb

04:05 15-09-2018 | icon 2408
İlham Əliyev TOTAL şirkətinin rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüş zamanı TOTAL şirkəti ilə SOCAR arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri, “Abşeron” yatağının birgə işlənilməsi çərçivəsində hazırkı işlərin gedişi, neft-qaz strukturunda digər yataqların birgə işlənilməsi imkanları ilə bağlı məsələlər müzakirə edilib.


Digər xəbərlər

0.31300616264343