“Nar”dan Bilik Günü münasibətilə müsabiqə

04:28 15-09-2018 | icon 4883
“Nar”dan Bilik Günü münasibətilə müsabiqə

“Nar” 15 sentyabr – Bilik Günü münasibətilə daha bir müsabiqə keçirir. 

 “Nar” abunəçiləri internet üzərindən keçirilən “Məktəb illərini yada sal” müsabiqəsində iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək internet bonusları və hədiyyələr qazana bilərlər.

Müsabiqə sentyabrın 14-ü saat 18:00-da başlayacaq və 16 sentyabr saat 23:59-da yekunlaşacaq.  

 

“Nar”ın sosial şəbəkə hesablarında keçirilən müsabiqəsində digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. “Nar” abunəçisi müsabiqənin qalibi olduğu təqdirdə, 100 MB qazanacaq. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq xüsusi hədiyyələr veriləcək. 

Nəticələr 17 sentyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/mekteb-illeri.html


Digər xəbərlər

0.28144693374634