“Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?” - Tacir Şahmalıoğlunun dayısı
Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı haqda xəbər yayılıb. Qeyd edilir ki, uzun müddətdir məcburi köçkün kimi özgəsinin mənzilini zəbt etmiş Südabə Allahverdiyevaya məhkəmə icraçıları xəbərdarlıq ediblər. Çünki Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.
Qəribədir ki, maddi imkanları və mənzil şəraiti çoxları ilə müqayisədə daha yaxşı olan müğənni Tacir Şahmalıoğlu anası ilə bağlı məsələni susqunluqla müşahidə edir. Onun öz anasını yanında saxlamağa imkanı və yeri yoxdurmu?
Modern.az məsələ ilə bağlı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyevlə əlaqə saxlayıb.
Sənətçinin dayısı Nurəddin Əliyev bacısı oğlunun bu hərəkətindən narazılıq edib:
“Tacirin Bakıda üç evi var. O bizi biabır edir. Nə olar ki, öz anandır də, onu apar yanına, qoy ağbirçək vaxtında rahat yaşasın. Hazırda bacımın yaşadığı ev bir otaqlıdır.
Tacir imkansız deyil, qeyd etdiyim kimi, şəhərin müxtəlif yerlərində bir-birindən yaxşı 3 evi var. Mənim mövqeyim odur ki, Tacir heç kimə müraciət etməməlidir, anasını aparmalıdı yanına. Onun keçmiş Razin, indiki Bakıxanov qəsəbəsində villası da var. Tacir niyə utanmır? Niyə belə imkanları olan şəxsin anası “Qaçqınkom”a müraciət etməlidir? Tacir öz anasının yaşaması üçün şərait yaratmalıdır”.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...