AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı pul yeyintisində hallanıb
AFFA-nın Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşdirilib və yeni quruma sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin edilib.
Avstriyalı 1994-2009-cu illərdə FIFA dərəcəli hakim olub. Sabiq referi Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. Stuxlik 2010-cu ildən FİFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FİFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı olan avstriyalı həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
Stuxlik barədə araşdırmalarımızda onunla bağlı Avstriya mətbuatında heç də xoş olmayan məlumatlara rast gəldik. Onun federasiyadakı işi tənqid edilib. Stuxlik Avstriya kimi futbol ölkəsində hakim yetişdirməməkdə tənqid hədəfinə tuş gəlib. Bundan əlavə, o, 1 milyonluq büdcəni şəffaf şəkildə idarə etməməkdə günahlandırılıb.
Qeyd edilib ki, Stuxlik 1 milyonluq büdcəni tar-mar edib.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...