Bakıda yubiley konserti keçirildi - Fotolar
Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçirilib.
Konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edib.
Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunub.
Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış ediblər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun bir-birindən maraqlı nömrələri gecəyə xüsusi rəng qatıb.
Sonda Mərkəzin parkında atəşfəşanlıq olub.
Konserti paytaxt sakinləri və qonaqlar həm də Dənizkənarı Milli Parkda monitordan izləyə biliblər.
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...