Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbin açılışı oldu
Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan tam orta məktəb üçün yeni bina istifadəyə verilib.
Sentyabrın 17-də, ilk dərs günündə Fond tərəfindən layihələşdirilərək tikilən yeni tədris ocağının açılışı olub.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov şagird və müəllimləri yeni dərs ili, eləcə də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. A.Ələkbərov iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb.
Tədbirdə məktəbin direktoru Yaşar Qarayev çıxış edərək geniş şəraiti olan təzə məktəb binası ilə yanaşı, tədris ocağının zəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görə kollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonda qonaqlar binanı gəzərək yaradılan şəraitlə tanış olublar.
Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib. Ərazidə yaşıllıq zonası salınıb, 200-dən çox yeni ağac əkilib.
Birnövbəli sistemlə məktəbdə 150 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 nəfər müəllim məşğul olur. Tədris Azərbaycan dilində aparılır.
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...