Gömrük Komitəsinin Akademiyasında “Bilik günü” qeyd edilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında "Bilik günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Akademiyanın rəhbərliyi, müəllim və tələbələr, valideynlər iştirak edib.
Komitə sədri Səfər Mehdiyev bildirib ki, fəaliyyət göstərdiyi qısa dövr ərzində Akademiyanın yüksək nəticələr əldə etməsinin, 2014-cü ildə bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrin yekun dövlət attestasiyası zamanı əldə etdikləri uğurlu nəticələr qürurvericidir.
Komitə sədri Akademiyaya bu il qəbul olunan və hazırda təhsilini davam etdirən digər tələbələrin də estafeti uğurla başa vuracaqlarına əminliyini ifadə edib və gənclərin savadlı, bacarıqlı kadrlar, layiqli vətəndaşlar kimi yetişməsi məqsədilə Dövlət Gömrük Komitəsinin də bütün zəruri addımları atacağını diqqətə çatdırıb.
Sonra 1-ci kurs tələbələrinə tələbə kartları təqdim edilib.
Qeyd edək ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasını 37 nəfər bitirib, 44 nəfər isə bu təhsil ocağının tələbəsi olmaq hüququnu qazanıb. İqtisadiyyat fakültəsinə qəbul olunan abituriyentlərin balları 424-633, hüquqşünaslıq ixtisasına qəbul olunanların balları isə 557-663 hədlərində olub.
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...
-
BDU-nun əməkdaşına ağır itki
...
-
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
...
-
İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
...
-
Elm və təhsil naziri gənclərlə görüşdü
...
-
Məktəblərdə qış tətili başa çatdı
...
-
Bu gündən məktəblərdə qış tətilidir
...
-
Bu həftə məktəblilərin qış tətili başlayır
...
-
Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər - Video
...
-
Bu il Azərbaycanda tələbələrin köçürülməsi olmayacaq
...