12 tələbəyə bir illik pulsuz gediş haqqı kartı verildi - Azərbaycan Universitetində
Azərbaycan Universitetində 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri və birinci kurs tələbələri iştirak edib.
Universitetin rektoru Səadət Əliyeva çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri və universitetin professor-müəllim heyətini təbrik edib. Səadət Əliyeva deyib: “Tələbə olmaq gənclərdə məsuliyyət hissini daha da artırmalıdır. Gələcəkdə böyük uğurlara imza atmaq üçün hər biriniz tələbəlik illərini səmərəli keçirməyə səy göstərməli, universitetin yaratdığı imkanlardan maksimum faydalanmalısınız”.
Çıxış sonrasında rektor Səadət Əliyeva 2018/2019-cu tədris ilində “Aprel şəhidi Fəxrəddin Qurbanlı” təqaüdünə layiq görülən tələbəni tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, qeyd olunmuş təqaüd birinci tədris ilinin birinci semestrində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə I kurs tələbəsi Sənan Fərmanlıya veriləcək. Rektor tərəfindən universitetə yüksək balla qəbul olan 12 tələbəyə tələbə biletləri və ictimai nəqliyyatda bir illik gediş haqqı ilə təmin edən müvafiq elektron ödəniş kartları da təqdim olunub.
Sonda tələbələrə Tələbə Gənclər Təşkilatının fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub. Digər tələbələrin tələbə biletləri isə müvafiq dekanlar tərəfindən təqdim olunub.
-
DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
...
-
AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib
...
-
Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib
...
-
Məktəb direktorunun Dubay macərası
...
-
Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı
...
-
Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib
...
-
Təhsil naziri "Son zəng" münasibətilə məzunları təbrik edib
...
-
Qaradağda “Son zəng” qeyd olundu - Fotolar
...
-
İyunun 14-ü “Son zəng”dir, tədbirin keçiriləcəyi qayda açıqlanıb
...
-
Təhsil Nazirliyinin səlahiyyətləri artırıldı
...