Bu gün açılan Ələt-Astara yolu hələ ki, pulsuz olacaq
Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı olub.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sürücülər bu gündən etibarən artıq yeni yoldan istifadə edə bilər:
“Artıq Ələtdən Astarayadək İran sərhədi avtomobil yolundan istifadə etmək mümkündür. Yolun ödənişli olub olmaması ilə bağlı hələlik bir qərar yoxdur. Qərar olarsa, ödənişli olması ilə bağlı addımlar atılacaq. Yəni, yolboyu turniketlərin, nəzarət buraxılış məntəqələrinin quraşdırılması və ödənişin təyin olunması və bu kimi işlər”.
Mətbuat katibi yolda sürət həddinin Dövlət Yol Polisi ilə birgə Yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı ilə olacağını bildirib. İlkin olaraq yolda sürət 90-100 km/saat nəzərdə tutulub.
Qeyd edək ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Bu isə sürücülərin mənzil başına daha tez çatması deməkdir.
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...