İlham Əliyev Biləsuvarda

15:05 18-09-2018 | icon 222
İlham Əliyev Biləsuvarda
loading...

Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gəlib.

Dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə prezidentə məlumat verib.

***

Dövlət başçısı Biləsuvar Gənclər Evinin açılışında iştirak edib.

Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.

 


Digər xəbərlər

0.11086511611938