Məmmədyarov DİF prezidenti ilə görüşdü
Çində işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Tianjin şəhərində Dünya İqtisadi Forumu (DİF) xətti ilə təşkil edilən Yeni çempionların illik toplantısı çərçivəsində DİF-in prezidenti Börge Brende ilə görüş keçirib.
Həmsöhbətlər Azərbaycanla DİF arasında təşəkkül tapmış ənənəvi əlaqələri qeyd edərək, prezident İlham Əliyevin DİF-in illik toplantılarına qatılması və çıxışları xüsusilə vurğulayıblar. Ölkəmizin DİF-in müasir dünya qarşısında iqtisadi, siyasi, ictimai və ekoloji sahələrdə duran Dördüncü sənaye inqilabı dövrünə aid təhdidlərin cavablandırılmasına həsr edilmiş hazırkı toplantıda da iştirak etməsi bunun təzahürü olaraq təqdirəlayiq hal kimi dəyərləndirilib.
E.Məmmədyarov DİF-in illk hesabatlarında Azərbaycanda biznes fəaliyyəti üçün şəraitin və rəqabət qabiliyyətinin təmin olunması, yeni iş yerlərinin açılması üzrə göstəricilərin ildən ilə artmasının təsadüfi xarakter daşımadığını qeyd edib. O, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsi olan bu müsbət nailiyyətlər sayəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.
Regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətindən danışıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olmaqla bərabər , Cənubi Qafqaz bölgəsi və daha geniş məkanda hərtərəfli əməkdaşlığa əngəl törətdiyini deyib.
Həmsöhbətlər Azərbaycanla DİF arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə dair əminliyi ifadə edərək, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...