Həmkarlar İttifaqı Konfederasiyası (AHIK) ilin şirkətini müəyyən etdi
İş yerində zədələnmə, xəsarət alması ilə nəticələnən halların 60-65%-i tikinti sahəsində baş verir. Bu problem AHİK –nı narahat edir və bu sahəni ciddi nəzarətdə saxlamaga çalışır. Bu halların qarşısının alınması üçün bir çox proqramlar həyata keçirilir ki, bunlardan biri də tikinti şirkətləri arasında ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması” üzrə müsabiqənin təşkil edilməsi olmuşdur.
Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması üzrə ilin ən yaxşı müəssisəsini təltif etdi. İl ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti izləmiş və qiymətləndirilmişdir. Müsabiqənin qalibi Holcim Azərbaycan şirkəti olmuşdur.
Şikətin HİK-nin sədri Mübariz Məmmədov bildirdi ki, “İşçilərin sağlamlığı bizim üçün prioritet məsələdir və bu sahədə heç bir güzəştə yol verilmir. Bu nailiyyət şirkətinin əməkdaşlarının ƏMTT üzrə peşakar olduqlarını bir daha sübut etdirir. Əməkdaşlar arasında təbliğat işi aparmaq və onların biliklərini artırmaq, beynəlxaq normalara əməl etmək bizim əsas işimizdir”.
“Əməkdaşlarımızın və özümüzün təhlükəsizliyi hər birimizin məsuliyyətidir. Bu naliyyətlər onu qöstərir ki, təhlüksiz fəaliyyət artıq bizim mədəniyytimizin bir hissəidir və gündəlik yaşam tərzidir. Amma bu nailiyyətlər bizi arxayın etməməlidir və biz hər gün işə başlamazdan öncə risklərin qiymətləndirilməsini aparmalı və yarana biləcək hadisələrin qarşısını almalıyıq. Bunu başa düşərək mütəmadi olaraq işçilərə gündəlik və aylıq təlimlər və monitorinqlər keçirilir və onlar praktik məşğələlərdə iştirak edirlər. ” şirkətin Baş Direktoru Frederic Guimbal bildirdi.
Holcim Azərbaycan 90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...