İcra başçısı kənddə görüş keçirdi
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kəndində keçirib.
Icra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə araşdırılıb.
Qəbul zamanı çıxış edən ayrı-ayrı sakinlər son illər ərazidə yolun asfaltlanmasını, turizmin və sitrusçuluğun inkişaf etdirilməsini, mənzillərə içməli su xəttinin çəkilməsini, yeni məktəb binasının təbii qazla təmin olunmasını, mənzillərə təbii qazın və elektrik enerjisinin fasiləsiz verilməsini, eyni zamanda, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Görülmüş işlərlə yanaşı, Sütəmurdov inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı bir sıra təkliflər də irəli sürülüb.
Prezident Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında ölkəmizdə Xalq-İqtidar birliyinin gündən-günə möhkəmlənərək inkişaf etdiyini, vətəndaşların respublikada baş verən prosesləri düzgün qiymətləndirdiyini bildirib və lənkəranlıları dövlət başçısının ətrafında daha da sıx birləşməyə çağırıb.
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...