ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ ZAQATALA VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…

09:58 20-09-2018 | icon 1082
ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ ZAQATALA VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…
loading...

Azərbaycanda rayonların ayrı-ayrı yüksək rütbəli məmurlar arasında bölüşdürüldüyü heç kimə sirr deyil. Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra “bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun “bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə “Dördbarmaq” da deyirlər – red.) soyuq suda “çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

Bu faktlar, əlbəttə ki, rayonları öz aralarında bölüşdürən məmurların, onların yaxınlarının insanlara necə münasibət bəslədiyini tam təsəvvür etməyə kifayət deyil. Necə deyərlər, aysberqin görünən tərəfləridir. 

Məsələn, Zaqatala rayonundan göndərilən məktubdan belə məlum olur ki, Qax və Zaqatala rayonları da “Meliorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin yaxınları tərəfindən “özəlləşdirilib”.


Təsadüfi deyil ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlu, Zaqatalanın başçısı Mubariz Əhmədzadə isə qardaşıdır.

Saytımıza müraciət edən şəxs Zaqatala rayonunun ziyalılarından biri olduğunu (bəlli səbəblərdən adının verilməsini istəmir-red.) və Əhmədzadələrin bu rayondakı fəaliyyətindən bəhs edir.  O, Əhməd Əhmədzadənin Zaqatala rayonunda rəhbər vəzifədə çalışan yaxın qohumlarının qanunsuz əməllərindən bəhs edir.

“Əhməd Əhmədzadə barədə məlumat verməyə, hər halda ehtiyac yoxdur. Öz sahəsi üzrə çox savadlı və təcrübəli mütəxəssisdir. 40 ildən artıq yüksək vəzifələrdə işləmiş bu şəxsin ölkənin su təsərrüfatı və meliorasiya sistemlərinin inkişafında rolu əvəzedilməzdir.

Lakin Əhməd Əhmədzadənin dövlət və Prezident qarşısında gördüyü xidmətlərini onun yaxın qohumları, əsasən də Zaqatala rayonunda yüksək vəzifə sahibi olan yaxınları öz əməlləri ilə gözdən salırlar.


Güzəranı onsuz da acınacaqlı olan bu həkimlər və tibb bacıları işlərini itirməmək üçün birtəhər günlərini keçirirlər. Vəziyyət o həddədir ki, hər hansı xəstə əgər həkimə və ya tibb bacısına 3-5 manat “şirinlik” verirsə, bu pul da birbaşa Baş həkimə çatmalıdır. Əgər kimsə bunu gizlətməyə çalışsa və onun üstü açılsa, həmin işçini ən ağır söyüşlərlə təhqir edərək, işdən azad edir. İllərdir sürən bu vəziyyətə artıq insanlar öyrəşib və mübarizə aparmağın mənasız olduğunu əsas gətirərək, səslərini çıxarmağa belə qorxurlar. Çünki o, hər hansı səhvi ucbatından nəinki özünü, hətta öz yaxınlarını zərbə altına almış olur.

Ümumiyyətlə, rayonda ən “bərkgedən” obyektlər – restoranlar, hotellər, istehsal müəssisələri, mağaza və marketlər Əhmədzadələrə məxsusdur. Onların icazəsi olmadan heç kəs hər hansı obyekt tikə, onların “bazar”ına girə bilməz.

 Rayonda görülən bütün abadlıq və yenidənqurma işlərini Mübariz Əhmədzadənin oğlu Coşqun Əhmədzadənin şirkətləri həyata keçirir”.

 

Əhmədzadənin kəndi, şəhəri özəlləşdirməsi azmış kimi dagları, qayaları belə
mənimsəyib və özünün icazəsi olmadan kimsə daşa, qayaya belə toxuna bilməz.

Bu qədər talama, özəlləşdirmə, korrupsiyaya bulaşmış Mübariz Əhmədzadə hazırda böyrək
çatışmamazlığından əziyyət çəkir. Varidatının saysız – hesabsız olmasına
baxmayaraq əməliyyat oluna bilməməsinin səbəbi də şəkərli diabet xəstəsi olmasıdır
və buna görə həkimlər əməliyyata icazə vermir. Mübariz Əhmədzadənin işə çıxa
bilməməsi və ya büdcə üzərində “əməliyyata” başının qarışmasının nəticəsidir ki,
Zaqatala şəhərində məmur özbaşınalığı davam etməkdədir.

 

P.S. Məktubda göstərilənlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Digər xəbərlər

1.0462861061096