Prezident və ailəsi cüdo üzrə dünya çempionatının - Açılışında
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.
Mərasimdə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev açıb. O, iştirakçıları salamlayıb və hər bir idmançıya uğurlar arzulayıb.
Daha sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təşkilatçılığa görə Azərbaycana təşəkkür edib.
Prezident İlham Əliyev isə dünya çempionatını açıq elan etdiyini bildirib.
Bundan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ardınca tədbirin bədii hissəsi keçirilib. Əvvəlcə, Azərbaycan milli musiqiləri səsləndirilib. Daha sonra tamaşaçılar önünə məşhur italiyalı müğənni Al Bano çıxıb. Bununla da Bakıda sentyabrın 27-dək davam edəcək dünya çempionatı rəsmi olaraq başlayıb.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...