İlham Əliyev və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının rəhbəri ilə görüşdü - Fotolar
Sentyabrın 21-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər.
Görüşdə cüdo üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə keçirildiyi, Azərbaycanın mötəbər idman tədbirlərinin mütəmadi olaraq keçirildiyi bir məkana çevrildiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi vurğulanıb, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olunub.
Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulanıb, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.
Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...