“İrşad Electronics”in rəhbəri intihar edib - Rəsmən təsdiqləndi
Sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.
Bu barədə BAKU.WS-ə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.
***
Bakı Şəhər Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, İrad Hacıyevin ölümündən sonra araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İ.Hacıyevin özünü öldürməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.
Qeyd edək ki, şirkətin rəsmi səhifəsində İ. Hacıyevin qəflətən ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunmuşdu.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...