Millət vəkilindən həmkarlarına sərt cavab

15:42 24-09-2018 | icon 836
Millət vəkilindən həmkarlarına sərt cavab
loading...

Millət vəkili Vahid Əhmədov bəzi deputat həmkarları tərəfindən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması ilə bağlı təkliflərinə sərt reaksiya verib. 

O, bu   barədə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib. V. Əhmədov bildirib ki, təklifi irəli sürənlər iddia edirlər ki, Azərbaycan bu təşkilata qoşularsa, Dağlıq Qarabağ problemi həll olunar: “Unutmayaq ki, Azərbaycan müstəqilliyini əldə etmək üçün çox qanlı yol keçib. Ona görə Azərbaycanın KTMT-yə daxil olması düzgün deyil. Düzdür, Rusiya böyük ölkədir və Rusiya ilə yaxşı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrimiz var və dövlət başçıları arasında da gözəl münasibət mövcuddur , bu münasibətlər indi də davam edir. Ancaq, bu, o demək deyil ki, Azərbaycan hər hansı bir hərbi bloka daxil olmalı, müsətqilliyini əldən verməlidir? Buna yol vermək, KTMT-yə qoşulmaq olmaz”.


Digər xəbərlər

0.20252108573914