Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 25-də İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Maria Elisabetta Alberti Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatında keçirilən konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan ötən əsrin əvvəllərində demokratiya, mütərəqqi ideyaların daşıyıcısı kimi mühüm addımlar atıb.
Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin bu yaxınlarda Senatın sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib,, ona fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirilib.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...