Oqtay Şirəliyevin qızı mədəniyyət naziri oldu
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiyada yüksək vəzifəyə təyin edilib.
44 yaşlı Şirəliyevaya Moskva vilayətinin mədəniyyət naziri postu həvalə olunub. Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev qərar qəbul edib.
N. Şirəliyevaya qədər bu posta Oksana Kosaryeva rəhbərlik edib.
Qeyd edək ki, uzun illərdir Rusiyada yaşayıb-fəaliyyət göstərən N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, ingilis və fransız dillərini bilir. O, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tuturdu.
Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Qinsburq 2012-ci il yanvarın 15-də insultdan vəfat edib.
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...