Leyla Əliyeva Romada açılışda - Fotolar
Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.
Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü olub.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirilib, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verilib.
Sonra “Azərbaycan otağı”nın açılışı olub.
FAO ilə Azərbaycanın birgə layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün bütün şəraitin mövcud olduğunu deyən Laurent Tomas bildirib ki, burada təşkilatın əməkdaşları ən müasir imkanlardan istifadə edə biləcəklər.
Məlumat verilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romadakı baş ofisində “Azərbaycan otağı” Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təsis edilib. FAO-nun ofisində müxtəlif ölkələrin otaqları mövcuddur. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılıb. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən, xalçalarından istifadə olunub.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...