İlham Əliyev Türkmənistan prezidentini təbrik etdi

09:29 27-09-2018 | icon 2247
İlham Əliyev Türkmənistan prezidentini təbrik etdi

Prezident İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

Azərbaycan-Türkmənistan münasibətləri ortaq dəyər və ənənələrə malik xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim sülh və rifah diləyirəm”.


Digər xəbərlər

0.32281994819641