Kafu Qurban Qurbanovla görüşdü - Fotolar

09:30 27-09-2018 | icon 2867
Kafu Qurban Qurbanovla görüşdü - Fotolar

Braziliya millisiylə ikiqat dünya çempionu olmuş, “Roma” və “Milan”ın əfsanəvi futbolçusu Kafu “Qarabağ” klubunu ziyarət edib.

 Xüsusi Olimpiya Hərakatının xəttiylə ölkəmizə gələn Braziliya millisinin sabiq kapitanı klubun direktoru Əmrah Çəlikəl, komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

 

Çay masası arxasında klubun son illərdəki çıxışından söhbət açılıb. Sonda isə Kafuya “Qarabağ”ın “2” nömrəli forması hədiyyə olunub.

Komandanın braziliyalı qolkiperi Vaqner Da Silva həmyerlisinə öz formasını hədiyyə edib.

 









Digər xəbərlər

0.27430295944214