Oqtay Şirəliyev əmr verdi - Onu direktor təyin etdi

09:13 28-09-2018 | icon 3087
Oqtay Şirəliyev əmr verdi - Onu direktor təyin etdi

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən əmr imzalayıb.

Əmrə əsasən,  Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmrinə əsasən Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, G. Dadaşova 2006-cı ildən Elmi Tədqiqat Kardiologiya İnstitutu, Ürək çatmamazlığı şöbəsində Kardioloq işləyir.


Digər xəbərlər

0.26010394096375