Azərbaycan nefti 83 dollara satılır

09:25 28-09-2018 | icon 2775
Azərbaycan nefti 83 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 82,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,64 dollar/barel azdır.

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 82,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 26-da 79,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 26-da 81,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.


Digər xəbərlər

0.26112413406372